Məşhur sosial media fenomeni Danla Bilic, yanvar ayında ayrıldığı keçmiş sevgilisi, jokey Berk Çetin tərəfindən israrlı təqibə məruz qaldığını bildirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onun iddiasına görə, ayrılıqdan sonra Çetin bir neçə dəfə narahatlıq yaradan hərəkətlər edib.
Bu hərəkətlər arasında iş yerinə basqın etmək, evinə kuryer kimi getmək, avtomobilini izləmək və sürücüsünə zor tətbiq etmək kimi hallar olub.
Kafedə hücum iddiası
Danla Bilic, məhkəmə qərarı ilə uzaqlaşdırma qərarı aldırsa da, Berk Çetin-in onu bir kafedə tapdığını iddia edib. İttihamlara görə, Çetin Bilic-ə yaxınlaşaraq onun başına və çənəsinə yumruq vurub. Bilic-in qışqırması ilə kafeterya işçilərinin araya girdiyi bildirilib.
Kamera görüntüləri və tibbi rəy
Berk Çetin ifadəsində Danla Bilic-ə yumruq vurmadığını, sadəcə itələdiyini deyib. Lakin kamera görüntüləri, Çetin-in həqiqətən də baş və üz nahiyəsinə yumruq vurduğunu göstərib. Məhkəmə-Tibbi Ekspertiza rəyində isə Bilic-in xəsarətinin sadə tibbi müdaxilə ilə sağaldıla biləcəyi qeyd olunub.
Prokurorluğun tələbi və davam edən istintaq
Prokurorluq, barışıq cəhdinin uğursuz olduğunu bildirərək Berk Çetin-in “Qadına qarşı sadə xəsarət yetirmə” ittihamı ilə 1,5 ilə qədər həbs cəzası almasını tələb edib. Bundan əlavə, Çetin-in Danla Bilic-ə qarşı başqa bir zorakılıq işi üzrə istintaqın da davam etdiyi məlum olub.