Məşhur müğənni  2 illik evliliyini   bitirdi
03 oktyabr 2025 19:58 (UTC +04:00)

Məşhur müğənni 2 illik evliliyini bitirdi

0

Məşhur müğənni Melek Mosso sosial şəbəkə hesabındakı paylaşımda 2 ildir evli olduğu Serkan Sağdıç ilə boşandıqlarını açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Melek Mosso sosial şəbəkə hesabında  yazıb:

"Təxminən iki ildir sevgi, hörmət və gözəl xatirələrlə davam etdirdiyimiz evliliyimizi, ortaq qərarla, fikir ayrılıqları səbəbilə dostcasına bitirməyə qərar verdik. Bir-birimizin həyatında hər zaman xüsusi bir yerimiz olub. Bundan sonra da bir-birimizə dəstək olmağa və gözəl xatirələrlə yad etməyə davam edəcəyik.

Bu proseslə bağlı yalnız bizim sözlərimizə etibar edilməsini, bunun xaricindəki heç bir açıqlamanın həqiqəti əks etdirmədiyini xüsusi olaraq bildiririk. Göstərdiyiniz anlayış, hörmət və həssasiyyət üçün təşəkkür edirik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar