Məşhur müğənni gizli  EVLƏNİB?
24 yanvar 2023 18:49 (UTC +04:00)

Məşhur müğənni gizli EVLƏNİB?

Türkiyənin məşhur müğənnisi Özcan Dənizin iranlı sevgilisi, modelyer Samar Dadgar ilə evləndiyi barədə iddialar yayılıb.

Lent.az xəbər verir ki, 50 yaşlı ifaçı ilə 24 yaşlı modelyerin gizli evləndikləri deyilir.

Bu barədə onların yaxın dostları mərasimdən görüntülər paylaşıb. Arxa planda nikah masası görünür. 

Cütlüyün ailə qurduqlarına dair aparıcı Bircan Bali iddialar səsləndirib: "100 faiz evləniblər. Özcan Dəniz gərgin bir münasibət yaşayır. Fotolar da onları ələ verir. Bir-birinin yanında nəyə görə olduqları bəllidir".

Qeyd edək ki, Özcan Dəniz daha öncə evli olub.

# 2802
avatar

Nigar Namiq

Oxşar yazılar