Məşhur müğənni toyuna sərvət  xərclədi
07 iyun 2026 12:36 (UTC +04:00)

Məşhur müğənni toyuna sərvət xərclədi

0

Dünyaca məşhur pop ulduzu Dua Lipa İtaliyanın Palermo şəhərində aktyor Kallum Ternerlə dəbdəbəli toy mərasimi ilə diqqət çəkib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, təxminən 1,5 milyon funt sterlinqə başa gəldiyi bildirilən tədbir dəbdəbəli detalları, məşhur qonaqları və Elton Conun sürpriz çıxışı ilə diqqət çəkib. Tarixi bir villada keçirilən toy Hollivud filmini xatırladıb. 

Ötən həftə Londonda rəsmi nikahlarını edən cütlük ailələrinin və yaxın dostlarının qatıldığı ikinci bir mərasimdə yenidən "hə" deyiblər. Təxminən 1,5 milyon funt sterlinqə başa gəldiyi bildirilən toy şou dünyasında əsas mövzuya çevrilib. 

18-ci əsrə aid villada evləniblər

30 yaşlı Dua Lipa və 36 yaşlı Kallum Turner Palermoda yerləşən 18-ci əsrə aid tarixi bina olan “Villa Valguarnera”da evləniblər. Hündür ağaclarla əhatə olunmuş açıq hava mərasimində cütlüyün ailələri və yaxın dostları ilə yanaşı, musiqi dünyasının məşhurları da iştirak ediblər. İştirak edənlər arasında Charli XCX, Mark Ronson və Tame Impala kimi ulduzlar da olub.

Elton Condan unudulmaz sürpriz

Mərasimin ən diqqət çəkən anlarından biri musiqi əfsanəsi Elton Conun səhnəyə çıxması olub. Cütlük evlilik andlarını yenilədikdən sonra Elton Con yeni evlənənləri unudulmaz sevgi mahnısı olan "Your Song"u ifa edərək təəccübləndirib. Dua Lipa və Elton Con əvvəllər çox uğurlu "Cold Heart" layihəsində əməkdaşlıq ediblər. 

Gəlinliyi Donatella Versacenin hazırlaması iddiası

Toyun ən çox gözlənilən detallarından biri Dua Lipanın gəlinlik paltarı olub. Moda dairələrində gəzən şayiələrə görə, məşhur müğənninin paltarını xüsusi olaraq dünyaca məşhur dizayner Donatella Versace hazırlayıb. Versacenin toydan əvvəl keçirilən kokteyl qəbulunda iştirak etdiyi də bildirilib.

Lüks və əzəmət birlikdə

Dua Lipa toy şənlikləri üçün seçdiyi arxasız ağ Bottega Veneta donu ilə diqqət çəkib. Məşhur müğənni görünüşünü Bulgari zərgərlik əşyaları və təxminən 185.000 funt sterlinq dəyərində lüks saatla tamamlayıb. Geyiminə 2580 funt sterlinq dəyərində Bottega Veneta çantası da əlavə edilib. 

Mişelin ulduzu aşpazından xüsusi menyu

Toy mərasimindən sonra qonaqlara Romadan gətirilən iki Mişelin ulduzu aşpazının hazırladığı xüsusi şam yeməyi təqdim edilib. Şam yeməyindən sonra başlayan şənliklərin səhərə qədər davam etdiyi və məşhur qonaqların bütün gecəni əyləndiyi məlum olub. 

Britaniya mətbuatında yer alan xəbərlərə görə, Dua Lipa Palermo şəhər mərkəzindəki bəzi meydanların toyu səbəbindən nəqliyyatın hərəkəti üçün bağlanmasından sonra ərazidəki sakinlərə təşəkkür etmək üçün 5000 funt sterlinq ödəyib. Bildirilib ki, şəhər mərkəzindəki bəzi ərazilər cütlüyün şənlikləri üçün müvəqqəti olaraq istifadə edilib. 

Dünyanın ən populyar ulduzlarından biri olan Dua Lipa, dəbdəbəliliyi və məşhur qonaqları sayəsində ilin ən çox danışılan toylarından birini təxminən 2 milyon dollara başa gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar