Məşhur müğənnidən üzücü xəbər  – Ayaq barmaqları kəsildi
22 iyun 2026 19:46 (UTC +04:00)

Məşhur müğənnidən üzücü xəbər – Ayaq barmaqları kəsildi

0

90-cı illərin sevilən müğənnilərindən Ömer Danış ilə bağlı kədərli xəbər yayılıb.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, uzun müddətdir ciddi sağlamlıq problemləri yaşayan sənətçinin ayaq barmaqları amputasiya olunub.

"Köyümün yağmurları", "Alacağım" kimi mahnıları ilə tanınan müğənni uzun müddətdir şəkərli diabet xəstəliyi ilə mübarizə aparır. Məlumata görə, diabetes mellitus səbəbindən dizdən aşağı hissədə ayağı qidalandıran üç əsas damarda tam tutulma yaranıb. Qan dövranının pozulması nəticəsində ayaqda qanqrena inkişaf edib və sənətçi bu ilin fevral ayında xəstəxanaya yerləşdirilərək bir müddət reanimasiya şöbəsində müalicə alıb.

5 aylıq müalicələrə rəğmən, sonda onun ayaq barmaqları amputasiya edilib. Ardıcıl keçirdiyi əməliyyatlar və uzunmüddətli müalicə prosesi səbəbindən Ömer Danış ciddi maddi çətinliklərlə üzləşib. Sənətçi səhhəti ilə əlaqədar səhnəyə çıxa bilmədiyi üçün maddi yardıma ehtiyacı yaranıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar