Məşhur müğənninin oriental rəqsi  gündəm oldu - VİDEO
15 may 2026 12:02 (UTC +04:00)

Məşhur müğənninin oriental rəqsi gündəm oldu - VİDEO

0

Tanınmış müğənni Ebru Polat, rəsmi sosial media hesabında oriental rəqs dərslərinə başladığını elan edib. 

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, peşəkar rəqs müəllimi ilə birlikdə məşq etdiyi anları izləyiciləri üçün paylaşan Polat, performansı ilə diqqət çəkib.

Güzgülü zalda ritm tutaraq müxtəlif fiqurlar nümayiş etdirən müğənninin şən əhval-ruhiyyəsi gözlərdən qaçmayıb. Ebru Polatın paylaşımına əlavə etdiyi zarafatyana qeyd isə xüsusilə maraq doğurub:

"Deyəsən, ac qalmaram"

Müğənninin bu sözləri və rəqs bacarığı qısa müddət ərzində izləyicilər tərəfindən böyük maraqla qarşılanıb, minlərlə bəyənmə və şərh toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar