Məşhurlar niyə bir araya gəldi? - SƏBƏB
06 sentyabr 2025 16:18 (UTC +04:00)

Məşhurlar niyə bir araya gəldi? - SƏBƏB

0

Müğənni Alişan ötən axşam Çubuk Bələdiyyəsi tərəfindən təşkil olunan 17-ci Çubuk Mədəniyyət və Turşu Festivalında konsert verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, səhnə çıxışından sonra jurnalistlərin suallarını cavablandıran Alişan, Mahsun Kırmızıgül və Özcan Deniz ilə illər sonra baş tutan görüşdən danışıb:

“Bir abimin yanına getmişdim, Mahsun Kırmızıgül də orada idi. Söhbət edərkən Özcan Deniz-i xatırladıq və 5 dəqiqə sonra o, həyat yoldaşı ilə birlikdə içəri girdi. Tamamilə təsadüf idi. Mövzu bir az Özcan’ın ailəsi ilə olan problemlərinə gəldi. Mahsun abi də dedi, biz Özcan’ın yanındayıq. Qardaşını itirmiş biri olaraq deyirəm; nə pul, nə var-dövlət, nə də şöhrət önəmlidir, yetər ki, qardaşım yaşasın. İnşallah Özcan da ailəsi ilə əl-ələ, çiyin-çiyinə olar".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar