II Elizabeta
21 iyun 2022 07:54 (UTC +04:00)

II Elizabeta

Müğənni II Elizabetanın şərəfinə təşkil olunan KONSERTDƏN İMTİNA etdi

 

Britaniyalı müğənni Adel kraliça II Elizabetanın hakimiyyətinin platin ildönümündə çıxış etməkdən imtina edib.

Lent.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

İfaçı II Elizabetanın hakimiyyətinin platin ildönümünün – 70 illiyinin qeyd edilməsində iştirak etmək üçün dəvət olunub. 

Adelin nümayəndələri müğənninin iş qrafikinin çox sıx olduğunu əsas gətirərək onun tədbirdə çıxış edə bilməyəcəyini bildirib.

Konsert təşkilatçıları arasında bu hal böyük sürprizə səbəb olub.

Xatırladaq ki, müğənni Harri Stayls da tədbirdə iştirakdan imtina edib.

Ed Sheeran, Elton John, Rod Stewart yubileydə çıxış edənlər arasında olub.
 

# 1914
avatar

Oxşar yazılar