Musiqi zövqü insan haqqında nə deyir?
26 mart 2024 09:34 (UTC +04:00)

Musiqi zövqü insan haqqında nə deyir?

Tədqiqatçılar bizim musiqi seçimlərimizin beynin məlumatları necə emal etməsi ilə əlaqəli olduğunu irəli sürürlər. Başqa sözlə sevdiyimiz musiqi janrı bizim hansı xarakterə malik olmağımızdan xəbər verir.

Lent.az psixoloqların bu barədə araşdırmasını təqdim edir.

Pop musiqi həvəskarları zəhmətkeşlik, dürüstlük və yüksək özünə hörmətlə fərqlənirlər. Digər üslubların pərəstişkarlarına nisbətən daha az yaradıcı hesab edilirlər.

Rep/hip-hop azarkeşləri sosialdır və yüksək özünə hörmətə malikdirlər. Onların aqressiv olmaları haqqında stereotiplər təsdiqlənməyib.

Kantri janrının dinləyiciləri özlərini çalışqan, ünsiyyətcil və mühafizəkar kimi tanıdırlar. Emosional cəhətdən sabitdirlər, lakin yeni ideyalara xüsusilə, açıq olmurlar.

Rok/metal həvəskarları yumşaq nitqli, yaradıcı və çox vaxt introvert olaraq xarakterizə olunur. Yalnızlığa üstünlük verirlər. 

Klassik musiqi və caz həvəskarları yaradıcıdırlar, həmçinin yüksək heysiyyətə malikdirlər. Caz pərəstişkarlarının ekstrovert və yeni təcrübələrə açıq olduqları da qeyd olunur.

# 3303
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar