Narkotik testi pozitiv çıxan Şeyma Subaşı: “Tövbə  mərhələsindəyəm”
12 yanvar 2026 10:57 (UTC +04:00)

Narkotik testi pozitiv çıxan Şeyma Subaşı: “Tövbə mərhələsindəyəm”

0

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı zamanı testi pozitiv nəticə verən sosial media fenomeni Şeyma Subaşı daha bir açıqlama ilə gündəmə gəlib.

Lent.az xəbər verir ki, Subaşı yaşadıqlarının məsuliyyətini üzərinə götürdüyünü və bir şeyin fərqində olduğunu deyib.

Narkotik əməliyyatı çərçivəsində saxlanılaraq ifadə verən Şeyma Subaşı-nın test nəticəsinin pozitiv çıxması ictimaiyyətdə geniş rezonans doğurub. Gündəmə gələn bu hadisədən sonra Subaşı sosial media hesabında açıqlama paylaşıb.

Şeyma Subaşı paylaşımında tövbə və fərqindəlik mərhələsində olduğunu, bundan sonra həyatına fokuslanmaq istədiyini qeyd edib. Barəsində deyilənlərin fərqində olduğunu bildirən Subaşı belə deyib:

“Sosial mediada nə qədər səmimiyyətə inanmaq olar, nə qədər etibarlıdır, bilmirəm. Haqqımda deyilən hər şeyin fərqindəyəm. Taleyimin və həyatımın öz seçimlərimdən ibarət olduğunun da fərqindəyəm”.

Yaşadıqlarının məsuliyyətini üzərinə götürdüyünü vurğulayan Subaşı açıqlamasının davamında bunları söyləyib:

“Yaşadığım hər şeyin, öyrəndiklərimin və bu yol boyunca etdiklərimin öz seçimlərim olduğunu bilirəm. Həyatımın və şəxsi inkişafımın məsuliyyətini tam şəkildə üzərimə götürürəm. Bunu burada paylaşmaq nə dərəcədə doğrudur, bilmirəm, amma məni sevən və səmimiyyətimə inanan insanlara demək istədim”.

Şeyma Subaşı-nın bu açıqlaması qısa müddət ərzində sosial mediada geniş müzakirələrə səbəb olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar