Nesrin Cavadzade səsiz-sədasız  evləndi - Aralarındakı yaş fərqi  eşidənləri şoka saldı
04 may 2026 14:24 (UTC +04:00)

Nesrin Cavadzade səsiz-sədasız evləndi - Aralarındakı yaş fərqi eşidənləri şoka saldı

1

Türkiyəli tanınmış Azərbaycan əsilli aktrisa Nesrin Cavadzadenin şəxsi həyatı ilə bağlı yeni iddia maqazin gündəmini silkələyib. Məlumata görə, aktrisa Kadir Taner Uçar ilə Bodrumda səssiz-sədasız nikah masasına oturub.

Lent.az Türkiyə mediasına istinadlla xəbər verir ki, 43 yaşlı Cavadzade ilə 36 yaşlı Uçar arasında 7 yaş fərqi var. Nikah mərasiminin Uçarın doğum günündə baş tutduğu bildirilir. Cütlüyün toy mərasiminin bir ay sonra keçiriləcəyi qeyd olunur.

Aktrisanın nikahdan sonra sosial mediada etdiyi paylaşımlar izləyicilər arasında suallar yaradıb. O, əvvəlcə nikah məkanından boş stulların yer aldığı şəkilləri paylaşıb, daha sonra isə Uçar ilə arxadan çəkilmiş fotosunu yayımlayıb. Bu isə evlilik iddialarını daha da gücləndirib.

Məlumata görə, Cavadzade nikah günü səhər saatlarında çəkildiyi “Daha On Yeddi” serialının afiş çəkilişində də iştirak edib. Bundan əlavə, onun poodle cinsli iti Dolce üçün papyon taxması da diqqətdən yayınmayıb.

Aktrisanın toy və ya gəlinliklə bağlı heç bir foto paylaşmaması sosial mediada ən çox müzakirə olunan məqamlardan biri olub. Onun hansı gəlinliyi seçdiyi hələ də maraq doğurur.

“Gel Konuşalım” proqramında çıxış edən jurnalist Mehmet Üstündağ bildirib ki, cütlük ilk dəfə İstanbulun Etiler bölgəsində yerləşən idman zalında tanış olub. Onun sözlərinə görə, nikah Bodrumda keçirilib və toy mərasimi yaxın zamanda baş tutacaq.

Hazırda tərəflərdən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 442

Oxşar yazılar