Nigar Camal polisə çağırıldı
05 mart 2024 17:32 (UTC +04:00)

Nigar Camal polisə çağırıldı

Dünən müğənni Nigar Camalın adından istifadə edib, dələduzluq etmiş şəxs barədə məlumat vermişdik.

Eldar Məmmədov adlı şəxs ifaçının adından sosial şəbəkədə səhifə açaraq onu pərəstişkarları ilə görüşdürəcəyini vəd edib, pul yığıb. Məsələdən xəbərdar olan kimi müğənni paylaşım edərək, dələduzlara aldanmamağı tövsiyə edib. 

Lent.az-ın xəbərinə görə, bu gün müğənni  məsələ ilə bağlı polis idarəsinə çağırıldığını və baş verən hadisənin Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürüldüyünü bildirib. 

“Bu gün ərizə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldım. Bir neçə gün öncə adımdan “TikTok” hesabı açıb, insanları şantaj edən şəxslə bağlı şikayət ərizəmi yazdım. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir.

Daxili İşlər Nazirliyi başda olmaqla, məsələ ilə yaxından maraqlanan polislərimizə, Bakı Şəhər Baş Polis İdarəsinə təşəkkürümü bildirirəm. Yekun nəticə ilə bağlı yaxın günlərdə açıqlama verəcəyəm”, - Nigar bildirib. 

# 9231
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar