Britni Spirs qorxularından danışdı
29 mart 2024 12:19 (UTC +04:00)

Britni Spirs qorxularından danışdı

Son bir neçə ildə pərəstişkarları ulduz müğənni Britni Spirsin  sağlıq vəziyyətindən ciddi şəkildə narahat olublar.

Lent.az-ın xəbərinə görə, əvvəlcə uzun müddət himayəsində olduğu atası ilə dava edib, sonra isə ayrılıb.

42 yaşlı pop ulduz bu yaxınlarda sosial şəbəkə hesabında bir açıqlama verib.

"Mənim həyatım göründüyü qədər mükəmməl deyil, ulduz olmaq xoşbəxtlik sayılmaz və unutmayın, mənim gözəl dostlarım, siz tək deyilsiniz" deyə Britni Spirs öz postunda etiraf edib.
Amma ifaçı heç bir təfərrüat açıqlamayıb.

O kişilərlə ünsiyyətdən, acıdilli adamlardan, sosial şəbəkələrdə özünə qarşı  edilən təhqirlərdən çox qorxduğunu bildirib.

Qeyd edək ki, müğənninin psixoloji problemləri var.
 

# 2700
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar