Okan Burukdan İrəm Dericinin sualına cavab -VİDEO
06 iyun 2026 14:13 (UTC +04:00)

Okan Burukdan İrəm Dericinin sualına cavab -VİDEO

0

"Qalatasaray" azarkeşi kimi tanınan məşhur müğənni İrəm Derici ilə klubun baş məşqçisi Okan Buruk arasında baş tutan səmimi dialoq sosial şəbəkələrdə böyük maraq doğurub.

Lent.az Türkiyə mediasına istinadla xəbər veir ki, İrəm Derici Okan Buruka maraqlı bir sual ünvanlayıb.

"Qalatasaray" azarkeşi olan müğənni məşqçidən soruşub ki, "əgər futbolçu olsaydı, onun hansı mövqedə oynayacağını düşünərdi?"

Okan Buruk isə sualı təbəssümlə qarşılayaraq qısa və maraqlı cavab verib. Təcrübəli mütəxəssis İrəm Dericinin meydanda “box-to-box” tipli mərkəz yarımmüdafiəçi olacağını bildirib.

Futbolda “box-to-box” yarımmüdafiəçi həm müdafiədə, həm də hücumda fəal iştirak edən, meydanın bir cərimə meydançasından digərinə qədər böyük məsafə qət edən universal oyunçu kimi xarakterizə olunur. Bu səbəbdən Okan Burukun cavabı azarkeşlər tərəfindən həm zarafat, həm də kompliment kimi qəbul edilib.

Bu qısa söhbət sosial şəbəkələrdə sürətlə yayılıb. Xüsusilə "Qalatasaray" azarkeşləri və futbolsevərlər arasında geniş müzakirə olunan dialoq minlərlə bəyənmə və şərh toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar