Özcan Dəniz səhnədə partladı:  "Ən yaxın adamım məni yıxdı"
04 avqust 2025 19:08 (UTC +04:00)

Özcan Dəniz səhnədə partladı: "Ən yaxın adamım məni yıxdı"

Qardaşının borclarına zamin durduğu üçün Özcan Denizin bütün əmlakına həbs qoyulub.

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məşhur sənətçi bir neçə gün öncə Kiprdə verdiyi konsertdə ailəsinə üstüörtülü şəkildə mesaj göndərərək, səhnədə həm qardaşından, həm də bacısından gileylənib. O, “İnsan ən çox ən yaxını ilə sınağa çəkilər” sözləri ilə emosiyalarını ifadə edib.

Özcan Deniz 22 il boyunca menecerliyini edən qardaşı Ercan Deniz ilə yollarını ayırdıqdan sonra şəxsi və peşəkar həyatında çətinliklərlə üzləşib.

Qardaşlar arasında yaranan gərginlik təkcə iş əlaqəsinin bitməsi ilə kifayətlənməyib. Torpaq sənədlərinin keçirilməsi ilə bağlı anlaşılmazlıqlar və təhdid xarakterli ifadələr məsələnin hüquqi müstəviyə daşınmasına səbəb olub.

Son məlumata görə, Özcan Denizin bütün mal varlığına və bank hesablarına məhkəmə qərarı ilə həbs qoyulub. Bu qərarın səbəbi sənətçinin illər əvvəl qardaşı Ercan Denizin bank borclarına zamin durmasıdır. Borcu olan banklar birbaşa zamin kimi Özcan Denizin gəlir və əmlakına yönələrək icra prosesinə başlayıblar.

Vəkillər həbs qərarına etiraz ediblər

Sənətçinin hüquq komandasının bu qərara qarşı məhkəmədə hüquqi prosedura başladığı bildirilir. Hazırda proses məhkəmə müstəvisində davam edir. Bu maliyyə böhranının isə Özcan Denizin həm karyerasına, həm də psixoloji durumuna mənfi təsir etdiyi deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246

Oxşar yazılar