Müğənni Zenfira İbrahimova öz sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.
Lent.az-ın xəbərinə görə, müğənni canlı yayımda estetik əməliyyatlardan sonra çox dəyişdiyini vurğulayıb.
“Bu qədər dəyişmək olar? Çox gözəlləşmişəm. Bəzi adamlar paxıllıqdan çatlasınlar”, - o bildirib.
Zenfira bir müddət öncə göz qapaqlarında əməliyyat etdirmişdi.
Ümumiyyətlə onun üzündə qaş gərdirmə, burun və dodaq əməliyyatları keçirilib.