Qurana hörmətsizlik edən  komediyaçı saxlanıldı
02 iyul 2026 14:28 (UTC +04:00)

Qurana hörmətsizlik edən komediyaçı saxlanıldı

0

Türkiyəli komediyaçı Deniz Göktaş saxlanılıb.

Lent.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, onun barəsində sosial media hesablarında paylaşdığı videolarda cinayət tərkibi əlamətləri aşkar edildiyi iddiası ilə istintaq başladılıb.

İstanbul Respublika Baş Prokurorluğunun başladığı araşdırma çərçivəsində xarici səfərdən Türkiyəyə qayıdan Göktaş İstanbul Hava Limanında pasport nəzarəti zamanı nəzarətə götürülüb.

Hazırda istintaq davam edir. Hadisə ilə bağlı rəsmi qurumlar əlavə məlumat açıqlamayıb.

Qeyd edəık ki, aktyor stendap proqramında müqəddəs kitablarla bağlı zarafat edib. O, "İlk üç kitab yaxşı idi, amma dördüncü kitabın tərcüməsi o qədər də uğurlu alınmayıb", - deyib.

Bu sözlər bir çoxları tərəfindən "Quran"a hörmətsizlik kimi qiymətləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar