Məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo toy ərəfəsində Corcina Rodriqez üçün 366 min dollardan çox dəyərində hədiyyələr alıb.
Lent.az xəbər verir ki, 40 yaşlı idmançı Rodriqezə yeni avtomobil, bahalı kosmetika, ətirlər, saatlar və geyimlər hədiyyə edib.
11 avqustda Corcina Rodriqez Instagram səhifəsində Kriştiano Ronaldo ilə evlənəcəyini açıqlayıb.
Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından “Əl-Nasr” klubunun hücumçusudur. Ölkədə nikahsız kişi və qadının eyni evdə yaşaması qadağan olsa da, əfsanəvi futbolçuya istisna edilib və uşaqlarının anası ilə birgə yaşamasına icazə verilib.
Futbolçunun modeldən iki qızı var: altı yaşlı Alana Martina və bir yaşlı Bella Esmeralda. Bundan əlavə, 2010-cu ildə doğulan Kriştiano adlı oğlu da var. 2017-ci ildə isə surroqat ana ona əkiz — Eva və Mateo — dünyaya gətirib. Rodriqez izləyicilərinə ögey uşaqlarını da doğmaları kimi sevdiyini etiraf edib.