Roza Zərgərli: "Corcu döymək həddinə çatmışdım..."
16 avqust 2022 19:58 (UTC +04:00)

Roza Zərgərli: "Corcu döymək həddinə çatmışdım..."

“Səkinə xanım bizim qonşumuz idi. Biz eyni yaşayış binasında qalırdıq. Bir gün onu avtomobilimə götürüb, “Gəncliy”ə, uşaqları almağa getdik".

Lent.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli ATV-də yayımlanan “Gündən Günə” verilişində uşaqlarının sərbəstliyindən danışarkən deyib.

"Corc qabaqda, Bənövşə isə arxada əyləşdi. Söhbət edə-edə yol gedirdik. Mənim uşaqlarım sərbəstdirlər. Onlara söz azadlığı vermişəm. Birdən Corc çevrilib Səkinə xanıma dedi ki “Salam xanım, siz nə işlə məşğulsunuz?”. Təsəvvürünüzə gətirin, mən həmin vaxt sükanda nə etdim", deyə müğənni əlavə edib.

İfaçı oğlu Corcun Xalq artisti Səkinə İsmayılovanı tanımadığını, buna görə də onu danladığını, hətta onu döymək dərəcəsinə gəldiyini bildirib:

“Corc aktyorluqla məşğul olsa da, onu tanımadı. Bu da hər halda mənim qəbahətim olub. Bu vaxt Səkinə xanım soruşdu ki “Adın nədir bala?”. Mən cavab verdim ki, adı Corcdur.

Dedi “Ay qız, uşağa Corc adı qoyanda bilmirdin ki, bizimkiləri yox, Hollivud ulduzlarını tanıyacaq?”. Gəldim evə, yazıq Corcu danladım, vəziyyət döyməyə qədər gəlib çıxdı. Bundan sonra 3 gecə yatmadım”.

Daha ətraflı videoda:

# 3363
avatar

Oxşar yazılar