Şahzadə  Harri boşanır?  - Evlilikləri təməlindən sarsıldı
06 yanvar 2026 09:51 (UTC +04:00)

Şahzadə Harri boşanır? - Evlilikləri təməlindən sarsıldı

0

Uzun müddətdir aralarında ciddi problemlər olduğu deyilən Şahzadə Harri və Meghan Markle bu söz-söhbətlərin şayiə olduğunu göstərmək üçün sevgi və xoşbəxtlik dolu pozlar verirlər. Lakin yenə də yayılan dedi-qodular səngimək bilmir. Əksinə, hər gün barələrində çıxan yeni xəbərlərlə ayrılığa bir addım daha yaxınlaşdıqları iddia olunur…

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət 2018-ci ildə möhtəşəm krallara uyğun ənənənə ilə evlənən, 2020-ci ildə isə ABŞ-a köçərək kral ailəsi ilə bütün bağlarını qıran Şahzadə Harri və həyat yoldaşı Meghan Markledən gedir.

Cütlüyün ABŞ-a köçdükdən sonra arzuladıqları populyarlığa və maddi rifaha tam çata bilməmələrinin münasibətlərində gərginliyə səbəb olduğu artıq uzun müddətdir müzakirə olunur.

“GƏRGİN” EVLİLİK SON YAXINLAŞIR?

Son günlərdə isə Şahzadə Harrinin İngiltərəyə qayıtmaq üçün apardığı mübarizə si cütlüyün evliliyinə zərbə vurur. İngiltərəni tərk etdikdən sonra kral ailəsi onlara təqdim edilən xüsusi mühafizəni ləğv edib. Harri o vaxtdan bəri tez-tez İngiltərəyə getsə də, ciddi təhlükəsizlik riskləri olduğuna inandığı üçün uşaqlarını özü ilə apara bilmir. Bu səbəbdən İngiltərə məhkəmələrində iddia qaldıran Harri, tez-tez anası Diananın taleyini yaşamaq istəmədiyini, həyat yoldaşı və uşaqlarının da oxşar təhlükə ilə üzləşə biləcəyini deyib.

İndi isə Kral Çarlzın təhlükəsizlik məsələsində geri addım atması və Harrinin hüquqi mübarizəni qazanma ehtimalının yaranması, Harri ilə Meghan arasındakı gərginliyi daha da artırıb.

Meghan Markle-ın ABŞ-dan ayrılıb yenidən İngiltərəyə qayıtmaq niyyətinin qətiyyən olmadığı, hətta uşaqlarının belə ora ziyarətə getməsini istəmədiyi bilinir. Harri isə hər keçən gün İngiltərəyə dönmək üçün daha çox çabalayır və bu vəziyyət cütlüyün evliliyində böhrana çevrilir.

BİRİNİN XƏYALI, DİGƏRİNİN KABUSU OLDU

41 yaşlı Harrinin ötən ilin sentyabrında Clarence House-da atası ilə keçirdiyi qısa görüşdən sonra və İngiltərədəki təhlükəsizlik statusunun yenidən nəzərdən keçirilməsi prosesində ailə bağlarını bərpa etməyə daha çox fokuslandığı, bu mübarizəni artıq qazanmaq üzrə olduğu iddia olunur.

Buna qarşılıq, 44 yaşlı Markle üçün İngiltərə yalnız qarşılaşdığı düşmənçilik və çətin xatirələri ifadə edir. Cütlüyə yaxın mənbə bu anlaşmazlığın boşanma təhlükəsi yaratdığını bildirib. Mənbəyə görə, aralarındakı gərginlik sevginin və ya bağlılığın azalmasından qaynaqlanmır.

Deyilənlərə görə, Harri İngiltərəyə daha tez-tez qayıtmaq fikrinə getdikcə daha çox aludə olur. Atasının səhhətinin pisləşdiyini bildiyi üçün uzlaşma fürsətlərinin əldən çıxmasından qorxur. Harri və Meghan həm maddi, həm də mənəvi baxımdan sarsılmış vəziyyətdədirlər və İngiltərəyə qayıtmaq arzusu bu dəfə onları həqiqətən dağıda bilər.

HƏYATININ ƏN BƏDBƏXT GÜNLƏRİNƏ QAYITMAQ İSTƏMİR

Meghan Markle üçün İngiltərə həyatının ən stressli və ağrılı dövrlərini xatırladır. Oraya qayıtmaq fikri daimi nəzarət və emosional gərginlik xatirələrini yenidən canlandırır və o, bu atmosferə qayıtmağa qəti şəkildə qarşı çıxır. Keçmişdə qaldığını düşündüyü bir mövzunun yenidən həyatlarının mərkəzinə çevrilməsi Meghan üçün ciddi məyusluq yaradır.

Üstəlik, Harrinin Meghan-la evlənib ABŞ-a köçməsindən peşman olduğu barədə söz-söhbətlər də dolaşır. Meghan bir tərəfdən də Harri İngiltərəyə daha tez-tez gedərsə və uşaqları da özü ilə apararsa, onu tamamilə itirməkdən qorxur. Harri doğma yurdunu gördükcə oraya daha çox bağlanacağından və bir gün onu tərk edib ailəsinə dönəcəyindən ehtiyat edir.

HARRİ ƏN BÖYÜK PEŞMANLIĞINDAN QURTULMAQ İSTƏYİR

Məlumatlara görə, Harri və Meghan arasında İngiltərə ilə bağlı müzakirələr Milad və Yeni il dövründə daha da intensivləşib. Harri, atası və ailə üzvlərinin səhhət problemlərini əsas gətirərək kral ailəsi ilə barışmaq istədiyini açıq şəkildə dilə gətirib.

Harri ailəsindən uzaq keçirdiyi illər üçün dərin peşmanlıq hiss edir və İngiltərədə daha çox vaxt keçirməyi bu emosional məsafəni azaltmağın bir yolu kimi görür. Onun fikrincə, geri qayıtmaq həm də gec olmadan köhnə yaraları sağaltmaq fürsətidir.

Meghan isə İngiltərəyə yol açılarsa, ərini ora gedərkən müşayiət etmək istəmir. Harri isə həyat yoldaşı və uşaqları ilə birlikdə gedərək açıq qalan problemləri həll etməyə çalışır. Əgər təhlükəsizlik məsələsi həll olunsa, Meghan-ın “yox” demək üçün səbəbi qalmayacaq. Lakin yenə də getmək istəməzsə, bu dəfə münasibətləri geri dönüşü olmayan şəkildə zədələnə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 662

Oxşar yazılar