Tanınmış aktyoru səhv müalicə etdilər, görün başına nə gəldi?
06 sentyabr 2024 15:52 (UTC +04:00)

Tanınmış aktyoru səhv müalicə etdilər, görün başına nə gəldi?

Akademik Milli Dram Teatrının aktyoru Cümşüd Zeynalov ölümdən dönüb.

Bu barədə Lent.az-a aktyor özü məlumat verib.

Onun sözlərinə görə, yanlış müalicə nəticəsində səhhətində ciddi problem yaranıb və əməliyyat olunub.

“Bağırsağımda daxildə iltihab yaranıbmış. Bunu bilməyib yanlış müalicə ediblər. 10 gün qızdırmam 40 dərəcədən düşmədi. Başqa bir həkimə getdim, dedi dərhal əməliyyat olunmalısan. Kəskin paraproktit diaqnozu qoyuldu. Evə hazırlıq üçün gəldim. Elə həmin gün daxildə bağırsaq partladı. Əməliyyat olundum. Cərrah Seymur Xəlilov məni ölümdən qurtardı. İndi çox şükür yaxşıyam. Evdə müalicəm davam edir”, deyə aktyor bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4587
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar