Tətil zamanı qəzaya düşən  Selami Şahin xəstəxanaya yerləşdirildi
06 avqust 2025 12:47 (UTC +04:00)

Tətil zamanı qəzaya düşən Selami Şahin xəstəxanaya yerləşdirildi

Türk musiqisinin əfsanəvi ismi Selami Şahin yay tətilini keçirdiyi Çeşmədə bədbəxt hadisə nəticəsində qəza keçirərək xəstəxanaya aparılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 77 yaşlı ustad sənətkarın səhhətinin yaxşı olduğu bildirilib. Xəstəxanada çəkilən rentgen nəticəsində Selami Şahinin qolunda ciddi qırıq və ya çıxıq olmadığı müəyyən edilib.

Həkimlər sənətkarın ümumi vəziyyətinin yaxşı olduğunu və sadəcə bir müddət istirahətin kifayət edəcəyini bildirib.
 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248

Oxşar yazılar