Timatinin sevgilisi doğuşdan bir gün sonra
18 avqust 2025 17:24 (UTC +04:00)

Timatinin sevgilisi doğuşdan bir gün sonra

Reper Timatinin sevgilisi Valentina İvanova doğuşdan bir gün sonra bədən quruluşunu nümayiş etdirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə model şəxsi Telegram kanalında çəkdiyi videonu paylaşıb. Kadrlarda İvanova güzgü qarşısında alt paltarı və qaldırılmış gecə köynəyi ilə dayanaraq qarın nahiyəsini göstərib. O bildirib ki, video qızının dünyaya gəlməsindən bir gün sonra lentə alınıb.

İvanovanın sözlərinə görə, doğuşdan iki həftə sonra onun üzündə artıq şişkinlik qalmayıb. “İdman, intizam, düzgün qidalanma və bədənlə yanaşı, zehni sağlamlıq həmişə yaxşı nəticə verir”,-deyə o, qeyd edib. Model həmçinin  ömrü boyu idmanla məşğul olduğunu və hamiləliyin altıncı ayına qədər çox hərəkət etdiyini, gəzintilərə çıxdığını vurğulayıb.

Qeyd edək ki, Timati, Valentina İvanovanı doğuşdan sonra tək buraxmaqda ittiham edildikdən sonra özünü “abuzer” adlandırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar