Türkiyədə saxlanılan məşhur sənətçilərlə bağlı yeni iddialar ortaya çıxıb.
Lent.az CNN Türk-ə istinadən xəbər verir ki, bu, narkotiklə bağlı istintaqdır, amma həbs əməliyyatı deyil.
Belə məlum olur ki, İstanbul Baş Prokurorluğu bir müddət əvvəl narkotiklərlə bağlı böyük bir əməliyyat keçirib. Həmin zaman xeyli sayda narkotik maddə satan kuryerlər saxlanılıb. Hazırda bu əməliyyatla bağlı istintaq aparılır. İndi qeyd edilir ki, saxlanılan 19 nəfərin adı həmin istintaqda hallanıb.
Məlumata görə, saxlanılan narkotik satıcıları istintaqla bağlı ifadə verərkən məşhurların adlarını çəkilblər. Eyni zamanda qeyd edilir ki, narkotik şəbəkəsinə qarşı aparılan texniki izləmə zamanı da bu şəxslərin adları müəyyən şəkildə ortaya çıxıb.
Məsələyə tam aydınlıq gətirilməsi üçün də, məşhurların ifadəsinin alınması ilə bağlı qərar verilib.