"Uzak Şehir"in ulduzu Ozan Akbaba 25 ildən sonra doğulduğu evdə -FOTO
17 iyun 2026 17:09 (UTC +04:00)

"Uzak Şehir"in ulduzu Ozan Akbaba 25 ildən sonra doğulduğu evdə -FOTO

0

Kanal D-nin reytinq rekordları qıran "Uzak Şehir" serialının baş rol ifaçısı Ozan Akbaba çəkildiyi digər layihə olan "Çırak" serialının ikinci mövsüm çəkilişləri üçün doğulduğu Kars şəhərinə gedib.

Lent.az xəbər verir ki, məşhur aktyor Karsda olduğu müddətdə dünyaya gəldiyi evi də ziyarət edib. O, evin fotosunu sosial şəbəkə hesabında paylaşaraq duyğusal fikirlərini izləyiciləri ilə bölüşüb.

Ozan Akbaba paylaşımında "25 il sonra doğulduğum evdəyəm. Arxa bağçasındakı otlar, çiçəklər eynidir, qoxuları da dəyişməyib. Qəribə hissdir. Düşünürəm ki, mən çox dəyişmişəm, amma çiçəklər heç dəyişməyib. Yaxşı ki, dəyişməyib" sözlərini yazıb.

Aktyor daha sonra təhsil aldığı ibtidai məktəbə də baş çəkib. Ozan Akbaba məktəbdə şagirdlərlə xatirə şəkilləri çəkdirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar