"Uzaq şəhər"in aktrisası sevgilisi ilə  tətildə
22 iyun 2026 21:31 (UTC +04:00)

"Uzaq şəhər"in aktrisası sevgilisi ilə tətildə

0

Türkiyənin "Uzaq şəhər" serialı təkcə mövzusu ilə deyil, aktyorlarının şəxsi həyatı ilə də diqqət çəkməyə davam edir.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, serialda Zerrin obrazını canlandıran Dilin Döğer ilə Kaya obrazının ifaçısı Atakan Özkaya uzun müddət sevgili olduqları barədə yayılan iddiaları təkzib etsələr də, sonradan münasibətdə olduqlarını təsdiqləyiblər.

Məşhur cütlük mövsüm fasiləsindən istifadə edərək istirahət üçün İspaniyaya yollanıb. Onlar burada romantik anlar yaşayıb və birlikdə çəkdirdikləri fotoları sosial şəbəkədə izləyiciləri ilə bölüşüblər. Atakan Özkaya sevgilisinin paylaşdığı fotolara "Səni çox sevirəm" şərhini yazıb. Onun bu sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən çoxsaylı bəyənmə və müsbət rəylərlə qarşılanıb.

Dilin Döğer daha əvvəl münasibətləri ilə bağlı danışarkən, "Zaman keçdikcə həyat bizi başqa bir nöqtəyə gətirdi. Bəli, birlikdəyik", - sözlərini işlətmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar