Bred Pitt və İnes de Ramon yeni fotolarda baba və nəvə ilə  müqayisə edildilər
29 sentyabr 2026 15:32 (UTC +04:00)

Bred Pitt və İnes de Ramon yeni fotolarda baba və nəvə ilə müqayisə edildilər

0

Hollivud ulduzu Bred Pitt sevgilisi İnes de Ramonla birlikdə İspaniyanın Madrid şəhərində görünüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, paparassilər onları əl-ələ gəzərkən lentə alıblar.

62 yaşlı aktyor boz köynək, qara şalvar, sarı idman ayaqqabısı, eynək ilə diqqət çəkib. İnes de Ramon isə ağ köynək, cins şalvar və eynək seçib.

Lakin cütlüyün yeni fotoları sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər onların arasındakı yaş fərqinə diqqət çəkərək münasibətin səmimiliyini şübhə altına alıblar.

“Əgər o, məşhur olmayan, kök və keçəlləşən adi 62 yaşlı kişi olsaydı, yenə də onunla münasibət qurardımı?” və “Baba ilə nəvənin gəzinti günü” kimi şərhlər yazılıb.

Qeyd edək ki, Bred Pitt daha əvvəl övladları ilə münasibətlərində problemlər yaşadığı barədə xəbərlərlə pərəstişkarlarının qarşısına çıxmışdı.

Инес де Рамон и Брэд Питт

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar