Van Dammın  azərbaycanlı gəlini   Hollivud ulduzu ilə
08 sentyabr 2023 12:31 (UTC +04:00)

Van Dammın azərbaycanlı gəlini Hollivud ulduzu ilə

Hollivudun ulduzlarından biri Jan Klod Van Dammın oğluna ərə gedən azərbaycanlı pianoçu Suada Hacızadə  maraqlı  paylaşımı ilə diqqət çəkib.

Lent.az-ın xəbərinə görə, o, Hollivud ulduzu, supermodel Sindi Kroufordla görüşüb.  

Suada fotoya “Qızlarla Kalabasasda bir gün. Və ən şirin Sindi Kroufordla” şərhini yazıb. 

57 yaşlı Sindi öz gözəlliyi ilə yenə göz qamaşdırıb.

Qeyd edək ki, Suada Hacızadə Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadənin qızıdır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5917

Oxşar yazılar