Xalq artistinə Dubayda 5 mahnı üçün 200 min avro  təklif edildi - CAVABI
04 may 2026 09:37 (UTC +04:00)

Xalq artistinə Dubayda 5 mahnı üçün 200 min avro təklif edildi - CAVABI

0

SSRİ xalq artisti və ukraynalı müğənni Sofiya Rotaru Dubayda 200 min avroya çıxış etmək təklifinə cavab verib. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə onun keçmiş rejissoru və prodüseri Sergey Lavrova istinadən məlumat yayılıb.

Onun sözlərinə görə, Rotarunun uzun müddətdir karyerasını başa vurmasına baxmayaraq, o, hələ də çıxış etmək təklifləri alır. 

Вводная картинка

"Onlar zəng etməyə davam edir, böyük pullar təklif edirlər. Amma o, təəssüf ki, heç nə istəmir", - ulduzun keçmiş işçisi bildirib.

Lakin bu yaxınlarda məşhur müğənniyə Dubayda keçirilən tədbirdə 200 min avroya beş mahnı ifa etmək təklif olunub. 

"O, imtina edib. Deyib ki, döyüşlər gedərkən konsertlərin vaxtı deyil', - mənbə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar