32 yaşlı Röyanın keçmişi və bu günü
14 iyun 2014 13:13 (UTC +04:00)

32 yaşlı Röyanın keçmişi və bu günü

Bu gün müğənni Röya Ayxan ad gününü qeyd edir. Lent.az-ın məlumatına görə, 1982-ci il iyunun 14-də Ağdam rayonunda dünyaya göz açan Röya illər sonra tanınmış bir simaya çevrilib. O, orta təhsilini Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbində alıb. Müsahibələrində söylədiyi kimi, 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. Şou-biznesdə ilk addımlarını Vaqif Gərayzadə vasitəsi ilə atıb. Vaqif Gərayzadənin dəvəti ilə "W-trio" qrupunda məşhurlaşan müğənni daha sonra solo karyeraya başlayır.

 

Röya 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konsertini verir. Daha sonra ardıcıl konsertlər verən müğənni 2006-cı ildə "V&V" prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalibi olur. Röya bu illər ərzində mahnılarından savayı, sosial şəbəkədə lüt şəkilləri ilə də cəmiyyətin müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, bu gün 32 yaşını qeyd edən  Röya Anar adlı bəylə evlidir.  2009-cu ildə həmin evlilikdən Hüseyn adlı oğlu dünyaya gəlib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6541

Oxşar yazılar