“Avroviziya-2014” müsabiqəsi təşkilatçılara 3,7 milyon ziyan vurub
13 iyun 2014 07:45 (UTC +04:00)

“Avroviziya-2014” müsabiqəsi təşkilatçılara 3,7 milyon ziyan vurub

Bu il Danimarkada keçirilən “Avroviziya-2014» mahnı müsabiqəsi təşkilatçılara  20,3 milyon kron (3,7 milyon dollar) ziyan vurub.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, tədbirin təşkilatçılarından biri, “Beautiful Copenhagen” turist agentliyinin Direktorlar Şurası xərclərlə bağlı hesabatında bu haqda açıqlama verib.

 

Dəyən ziyanın həcmini azaltmaq üçün təşkilatçılar tədbirdən qalan qurğuları satmaq istəyir. Məlumata əsasən, müsabiqənin final mərhələsinin Danimarka televiziyasında yayımlanması üçün şirkətin prodüseri 17,8 milyon kron borc alıb. Bu məsələ tərəflər arasında hüquqi araşdırmaya səbəb olub.

 

Mənbə bildirib ki, hələ hesablamalar tam aparılmayıb və dəyən ziyanın daha çox olduğu ehtimal edilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1191

Oxşar yazılar