“Qrup №1» qalmaqalsız ötüşmədi
23 aprel 2013 16:07 (UTC +04:00)

“Qrup №1» qalmaqalsız ötüşmədi

ATV-də yayımlanan “Qrup № 1”  yarışmasında dünən maraqlı anlar yaşanıb. Lent.az-ın məlumatına görə, verilişin bu həftəki duelçiləri “Şarm” və “S-Twins” qrupları olub. Hər iki qrupun ifaları münsiflər tərəfindən müzakirəsiz ötüşməyib. Dəyişən münsif kürsüsündə isə bu həftə Nadir Qafarzadə və Aqil.M Quliyev oturublar. Yarışmanın bu həftəki buraxlışı iştirakçıların çıxışları, münsiflərinsə qalmaqallı dialoqları ilə yadda qalıb.

Dueldə “S-Twins” qrupu qalıb gəlib. Həftənin toxunulmazı həftələrlə birinci olan “İdeal” qrupu, sonuncusu isə “Km-Family” qrupu olub və gələn həftə “Gipsy-flamenco”nu ”duel"ə çağırıb.

Hər həftənin bazar ertəsi, saat 21-30-da ATV- də “Qrup № 1” izləməyi unutmayın.

 

Qeyd edək ki, “Qrup № 1” in informasiya dəstəkçisi Lent. az-dır.

# 2162
avatar

Oxşar yazılar