“Tinanik”in qəhrəmanı uydurma “erməni soyqırımı”nı inkar edən filmdə
14 iyun 2014 11:39 (UTC +04:00)

“Tinanik”in qəhrəmanı uydurma “erməni soyqırımı”nı inkar edən filmdə

11 Oskar mükafatı almış məşhur “Titanik” filmində baş rolun ifaçısı Keyt Uinslet Türkiyədə çəkilən, uydurma “erməni soyqırımı”nın baş verdiyini inkar edən filmdə erməni qızın rolunu canlandıracaq.

 

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, “Mənim qəlbimin boşluğu” adlı filmdə digər əsas rolu tanınmış Holivud ulduzu Mark Uolberg oynayacaq.

 

Filmin çəkilişləri Van şəhərində, Ağrı və Ərzurum dağları ətrafında aparılacaq.

 

Ekran əsərinin süjeti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ermənilərə son müraciətinin bənzəri olacaq.

 

Qeyd edək ki, Ərdoğan bu il aprelin 24-də 1915-ci il hadisələri zamanı həlak olmuş ermənilərin ailələrinə başsağlığı verməklə yanaşı, soyqırımı iddiasını rədd edərək, I Dünya müharibəsində türklərin də ölüm və əzablarla üzləşdiklərini, xalqların ağrılarının ümumi olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1378

Oxşar yazılar