Bəstəkar-müğənni Rəhim Rəhimli ifaçı Günay İbrahimlinin “Dəlisiyəm gecənin” mahnısını bəyənməyib. Lent.az-ın məlumatına görə, Rəhimliyə cavabı özünü çox gözlətməyib. Belə ki, bu dəfə adıçəkilən Günay İbrahimli deyil, mahnının bəstəkarı Pərviz Mahmudov danışıb.
Pərvizin dediyinə görə, mahnı kifayət qədər sevilib: “Bizim işimizə hər zaman dinləyici qiymət verib. Bildiyim qədəri ilə də, Rəhimdən “Top-5”- i soruşanda, dinləyicilər məhz Günayın ifasını deyiblər. Yay başlayandan bir neçə mahnı dinlədik. Hətta Günaydan 1 həftə öncə Rəhimin öz mahnısı çıxdı. Amma dinləyicilər, tamaşaçılar və ümumiyyətlə musiqi sevənlər Günayın mahnısının hit olduğunu deyirlər. “Dəlisiyəm gecənin” mahnısı bir neçə nominasiyada da qalib gəlib. Amma bu da Rəhimin şəxsi fikridir. Hörmətlə yanaşıram. Ancaq yenə də düşünürəm ki, mahnının qiymətini dinləyici verir”.