Rusiyalı televiziya aparıcısı Kseniya Borodina ABŞ səfərindən sonra təəssüratlarını bölüşüb.
Lent.az xəbər verir ki, bu barədə “Газета.Ru” məlumat yayıb.
Borodina Amerikadakı bəzi xidmətlərin səviyyəsini Moskva ilə müqayisə edib və Rusiya paytaxtında insanların rahatlığa həddindən artıq öyrəşdiyini bildirib.
Aparıcının “Moskvada bizi çox ərköyün ediblər” ifadəsi Rusiya sosial şəbəkələrində müzakirələrə səbəb olub.