ATV-nin aparıcısı: ”7 ildir, çörək yemirəm” - REPORTAJ
20 iyul 2013 12:00 (UTC +04:00)

ATV-nin aparıcısı: ”7 ildir, çörək yemirəm” - REPORTAJ

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları, onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

 

Amma onların da asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət nə qədər pul xərcləyir?

 

 

“Ona sürpriz hədiyyə... ”

 

 

 Onunla görüşümüz bazarlıq edəcəyimiz super-marketin qarşısında oldu.

 

 

- Layihəniz xoşuma gəldi. İşlərimin çox olmağına baxmayaraq sizinlə çəkilişə razılıq verdim. İndi görək, başımıza nə iş gəlir. Evə alış-verişi dünən etmişəm. Amma qarşıdan oğlumun ad günü gəlir. Ona görə çatışmayan bəzi şeylər - ət, meyvə - tərəvəz və başqa məhsullar alacam.

 

- Öncə hansı şöbəyə baş çəkək?

 

- Sözün düzü, alış-verişə gələn kimi oğlumun yediyi  məhsullardan alıram. Hər dəfə ona fərqli şeylər alıram ki, sevinsin. Bu alış-verişimiz o birilərindən fərqlənəcək. Çünki qarşıdan ad günü gəlir, ona sürpriz hədiyyə alacam. İlk olaraq meyvə-tərəvəz məhsulları satılan şöbəyə keçək.

 

 

- Oğlunuzun neçə yaşı tamam olur?

 

- 10 yaşı... İndi başlayaq bazarlığımıza. Məncə daha çox meyvə-tərəvəz alacağıq.  Qarpızdan başlayaq. Görüm, özüm yaxşı qarpız seçə biləcəm? Səhv etmirəmsə, qarpıza çırtma vuranda bərk səs çıxarırsa, deməli yetişib. Ya da bərk sıxmaq lazımdır. Əgər sıxanda səs gəlirsə, demək dadlıdır.

 

Qarpız bibər, cəfəri, göyərti alıb, keçirik süd məhsulları şöbəsinə.

 

 

-  Pendir qurtarıb. 2 kilo bəsdi. Burdan çox məhsul almayacam. Yoğurt da alım, keçək o şöbəyə.

 

 

 

“Hər cür yemək bişirə bilirəm”

 

- Ən çox hansı yeməklərə üstünlük verirsiniz?

 

- Bişmiş yemək ümumiyyətlə yemirəm. Yalnız salatlarla qidalanıram.

 

 

-  Özün necə,  bişirə bilirsən?

 

- Hə, nə yemək lazımdırsa, bişirə bilirəm. Dolma, dovğa, aş... Özü də əlimin duzu var. Deyilənə görə, yeməklərim dadlı olur.

 

 

“Hələ bu yaşıma qədər balıq yeməmişəm. Xüsusi ilə də iyi xoşuma gəlmir”

 

Keçirik ət məhsulları satılan bölməyə

 

- Ən çox hansı ət məhsullarından hazırlanmış yeməklərə üstünlük verirsiz?

 

- Ən çox mal əti yeyirik. Elə indi mal əti alacam. Çünki evdən çıxanda anam soruşdum  ət almağımı tapşırdı. 3-4 kiloqram bəsdi. Yaxşı ət seçməyim var. Təzəni köhnədən ayıra bilirəm.

 

Satıcıdan ət istəyir.

 

- Mənə 3-4 kiloqram mal əti verin.

- Sümüklü və ya sümüksüz ət? Yəni dolmalıq, yoxsa bozbaşlıq olsun...

- Dolmalıq, sümükdə ola bilər.

 

Satıcıdan 4 kiloqram  ət alıb, keçirik parfümeriya bölməsinə.

 

- Buradan çox şey almayacam. Maşınıma hava təravətləndirici, bir də solfetqa...

 

 Deyilənləri alıb keçirik şirniyyata...

 

 

“Pəhrizdə olduğuma görə, 7 ildir, çörək yemirəm”

 

Diyəsən şirniyyat sevənsiniz?

 

- Hə, ölürəm şirniyyat yemək üçün. Hər gün yeyirəm. Şirniyyatla çay içməyi sevirəm. Gün ərzində yemək yeməsəm də bu, mənə kifayət edəcək. İndi də şirniyyat almasam, özümə qarşı haqsızlıq olar. (gülür) Müxtəlif cür konfetlər alacam. Təzə bir konfet gördüm, təbim çəkdi birinin dadına baxacam. Xoşuma gəldi. 2 kilo...

 

3 kiloqram şirniyyat alıb, keçirik un məhsullarına...

 

“Oğlumun 10 yaşı tamam olduğuna görə...”

 

 

- Burdan heç nə almayacam. Xüsusi ilə də çörək. Pəhrizdə olduğuma görə, 7 ildir ki, çörək yemirəm. Lazım olan məhsulları aldım, hər şey... Yox bir şeyi unutmuşdum. Yaxşı yadıma düşdü. Oğlumun ad günündə tortun üstünə düzməyə bəzəkli şamlar.

 

 

 Müxtəlif cür rəngli şamlar alır.

 

-   Ümumiyyətlə, oğluma sürprizlər etməyi çox xoşlayıram.

 

 - Məhsulun keyfiyyət nişanına diqqət edirsən?

 

- Tələm-tələsik alış-veriş edəndə ola bilər ki, diqqət etməyim. Amma əksər hallarda  baxıram. Problem yaranmasını istəmirəm.

 

 

 

***

 

Beləcə, alış-verişi bitirib kassaya yaxınlaşırıq. Afaqın bazarlığı ona 78 manat 22 qəpiyə başa gəlir...

 

 

# 9012
avatar

Yalçın UĞUR

Oxşar yazılar