Aygün İlhamədən sitat gətirdi: <span style="color:red;">“...dombalaq aşar”
24 iyul 2014 12:05 (UTC +04:00)

Aygün İlhamədən sitat gətirdi: “...dombalaq aşar”

Xalq artisti Aygün Kazımova bəzi şəxslərin şou aləminin adına xələl gətirdiyini deyib. Lent.az-a açıqlama verən müğənni bildirib ki, bəzi ifaçılar özlərini apara bilmirlər: “Cəmiyyətimizdə şou-biznes barəsində xoşagəlməz fikirlər çoxdur. Bunu dəyişmək çox çətindir. Bir çoxları bilir ki, şou-biznesdə bələrisə dəyişmək, nəzarət etmək mənim üzərimə düşür. Məndən savayı 1-2 sənətçi dostum da var ki, onlar da şou aləminə nəzzarət edir. Biz hər şeyin yaxşısını etməyə çalışmışıq”.

 

A.Kazımova qalmaqallarından da danışıb: “Mənə qarşı çaşanları məhkəməyə vermək istəmirəm. Anlaşılmazlıq olan zaman məhkəməyə verəcəyim insan elə birisi olmalıdır ki, mənimlə eyni statusda olsun. Amma eləsii yoxdur. Bir az da dəqiqləşdirsək, hələ ki, çaşan yoxdur. Əgər çaşan olsa, İlhamə xanım demişkən “Çaşan çaşar, dağdan dombalaq aşar”. İnanmıram ki, mənə qarşı çaşan olsun”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2522

Oxşar yazılar