Aygün Kazımovanın konsertinə kimlər gəldi?
27 iyul 2013 02:41 (UTC +04:00)

Aygün Kazımovanın konsertinə kimlər gəldi?

Ötən gün xalq artisti Aygün Kazımova Bakıda istirahət məkanlarının birində konsert verib.

 

Lent.az-ın məlumatına görə, aparıcı Səxavət Nurun idarə etdiyi gecədə müğənnini türkiyəli Murat Yetərin musiqiçi heyəti müşayiət edib. İfaçı gecəyə əcnəbi duet ortağı Snoop Doggla birgrə ifa etdiyi “Coffee from Columbia” mahnısını ifa etməklə başlayıb.

 

Müğənni daha sonra ardıcıl ən sevilən mahnılarını oxuyub. Konsertin sonunda isə o, gecədən razı qaldığını və konsertinə gələn hər kəsə çox sağ olununu bildirib.

 

Qeyd edək ki, A.Kazımovanın konsertinə qızı İlqarə İbrahimova, müğənni Ayan Babakişiyeva, teleaparıcılar - Zaur Nəbioğlu, Nanə Ağamaliyeva, Günel Hümbətova, Azər Şirin, prodüser Rövşən Cəfərov, stilist Nigar İbrahimova və başqa tanınmışlarda gəmişdi.

 

 

 

# 2802
avatar

Yalçın UĞUR

Oxşar yazılar