Xalq artisti Aygün Kazımovaya üzük hədiyyə olunub. Lent.az-ın məlumatına görə, ona hədiyyəni prodüser Tolik (Tarix Əliyev) edib. Prodüser öncə aldığı hədiyyənin şəklini İnstagram səhifəsində yayıb. Belə ki, o, üzüyün şəklini paylaşaraq “Bu üzük kimə hədiyyədir? Bir azdan biləcəksiniz”, - sözlərini yazıb. Sonra A. Kazımova barmağındakı həmin üzüklə olan şəkli paylaşaraq, “Sabahı Tarikoşamın hədiyyəsi ilə açmaq, çox gözəlmiş”- deyə, qeyd edib. Prodüserin bu jesti sosial şəbəkədə maraqla qarşılanıb. Prodüsser öz növbəsində “Siz bundan artığına layiqsiniz, hədiyyəmi bəyəndiyiniz üçün sevindim”- sözlərini əlavə edib.

Oxşar yazılar

Cennifer Lopes bu geyimi ilə hamını heyran etdi - FOTO
29 iyul 2025 , 19:09
Sərvəti sonsuz olan Bülent Ərsoy: tələb etdiyi məbləğ təəccübləndirdi
29 iyul 2025 , 17:08Emrahın gizli sərvəti üzə çıxdı: Müğənni deyil, milyonçudur
29 iyul 2025 , 14:18
Tortsuz və telefonsuz: Selena Qomes toyu üçün nə planlaşdırıb?
28 iyul 2025 , 19:59
Tanınmış aktrisa Castin Timberleykə görə Bakıya gəldi
28 iyul 2025 , 19:20
Cennifer Lopes səhnədə alt geyimində qaldı
28 iyul 2025 , 18:53
Məhkəmə İbrahim Tatlısesin qızı ilə bağlı QƏRAR VERDİ - VİDEO - YENİLƏNİB
28 iyul 2025 , 17:45