Azərbaycanlı milyarder Cennifer Lopezə 1,4 milyon dollar verib
27 iyul 2013 13:58 (UTC +04:00)

Azərbaycanlı milyarder Cennifer Lopezə 1,4 milyon dollar verib

 

Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Doğan Uluç məşhur müğənnilərin ad günü mərasimlərində iştirakından yazıb.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Doğan Uluç bu sırada Cennifer Lopezin xüsusi seçildiyini bildirib.

 

Doğan Uluç Cennifer Lopezin 2006-cı ildə Azərbaycan əsilli milyarder Telman İsmayılovun ad günündə 1,4 milyon dollar müqabilində iştirak etdiyini yazıb. Müğənni iki il əvvəl özbək milyarder Azam Aslanovun toy mərasimində isə Çeçenistan rəhbəri Ramazan Kadırov və toya dəvət edilən qonaqlarla söhbət üçün 1 milyon dollar alıb. Cennifer Lopez Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun ad günü mərasimində oxumağa isə 2,5 milyon dollara razılaşıb.

 

 

# 2261
avatar

Oxşar yazılar