<span style="color:red;">Azəri Günel:  "Bağışla, Ağdamım məni bağışla"
23 iyul 2014 16:12 (UTC +04:00)

Azəri Günel: "Bağışla, Ağdamım məni bağışla"

Türkiyədə yaradıcılıqla məşğul olan azərbaycanlı müğənni Günel Zeynalova (Azəri Günel) Ağdamı işğalı günündə “İnstagram” səhifəsində xatırlayıb. Lent.az-ın məlumatına görə, müğənni doğma yurdundan uzaq düşməsinin nisgilini izləyiciləri ilə bölüşüb. Ağdamın məşhur çay evinin fotosunu paylaşan Günel yazıb: “Bağışla, Ağdamım məni bağışla. Qayıdacağam bir gün sənin qoynuna. Bağışla, Ağdamım, məni bağışla. İyirmi bir ildir ki, dədələrimin məzarını görmürəm. Müharibə olmasın. Uşaqlarımız ölməsin. Analar ölməsin. Bir gün qayıdacam. Bir gün suyundan içib, torpağına ayaq qoyaram. Qarabağ sən bizimsən, başqa heç kimin deyilsən. Vicdansız, qansız düşmənlərimizin deyilsən. Yaşayırıq əli, qolu bağlı. İnanıram ki, torpağımıza dönəcəyik. Ağdamım”.

 

 

Qeyd edək ki,  erməni ordusu Ağdamı 1993-cü il, iyul 23-ü saat 17 radələrində işğal edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3216

Oxşar yazılar