Brilliant Dadaşova Təzə Pirdə iftar verdi
29 iyul 2013 10:24 (UTC +04:00)

Brilliant Dadaşova Təzə Pirdə iftar verdi

Ötən gün xalq artisti Brilliant Dadaşova Ramazan ayı münasibətilə iftar verib. Lent. az-ın məlumatına görə, Təzə Pir Məscidinin böyük zalında gerçəkləşən iftar süfrəsində Azərbaycanın  ziyalıları, sənət və media nümayəndələri, eləcə də adi insanlar iştirak ediblər. Gələn qonaqlar arasında millət  vəkili Qənirə Paşayeva, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, şair Vahid Əziz, xalq artistləri  Flora Kərimova, Səkinə İsmayilova, Canəli Əkbərov, əməkdar artistlər Elza Seyidcahan, Ruhəngiz Allahverdiyeva və başqaları olub.

 

 

 

# 2745
avatar

Yalçın UĞUR

Oxşar yazılar