“Eurovision- 2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov paytaxt məkanlarının birində “Eldar summer live show” adlı solo konsert verib. Lent.az-ın məlumatına görə, ifaçı ilk olaraq Polad Bülbüloğlunun məşhur “Gəl ey səhər” mahnısını yeni aranjemanda oxuyub. Daha sonra Eldar həmkarı “Eurovision 2014” təmsilçimiz Dilarə Kazımova ilə duetlərini təqdim edib.
Konsertdə 4 libas dəyişən Eldarı Dj Çina və Ukraynadan gəlmiş Dj İqor Şavrov müşayiət edib.
Xatırladırıq ki, E.Qasımovun bundan öncəki “The One” adlı solo-club konserti bu ilin martın 9-da olmuşdu.