Eldar Qasımov mələklərini tapıb
05 avqust 2013 15:47 (UTC +04:00)

Eldar Qasımov mələklərini tapıb

Müğənni Eldar Qasımov Ukrayna və Azərbaycan yaradıcı komandasının birgə məhsulu olan "Angel" (Mələklər) adlı mahnısını dinləyicilərə təqdim edib. Layihənin meneceri Ömər Əbdülkərimovun Lent.az-a bildirdiyinə görə, kompozisiyaya klip çəkilişləri də nəzərdə tutulub. 

Daha sonra ifaçı E.Qasımov mahnının yaranma prosesi haqqında təəssüratlarını Lent.az-la bölüşdü: "Mahnının hələ hazırlanma mərhələsində müəllif İqor Şavrovla  danışığımda mən anladım ki, o mənə axtardığımı verəcək. Elə də oldu. Fikirləşirəm ki, bütün insanlar mələk ola bilərlər, gündəlik məişətdən uzaq olmaq üçün qəlbimizin qanadlarını açıb səmaya qalxmaqla sevdiklərimizi mələk kimi qoruya bilərlər. Deyirlər ki, mələklər bizim ətrafımızda gəzirlər. Və mən inanıram ki, hamının öz mələyi var. Kiminsə valideynləri, kiminsə dostları və ya sevdiyi insan. Ona görə hesab edirəm ki, bu musiqi çoxlarına doğma olacaq və hər kəs mahnıda özünə aid nəsə tapa biləcək".
   
Qeyd edək ki, mahnının müəllifi SoSmile layihəsindən tanınmış  Dj İqor Şavrovdur. Onun mahnılarını Vera Brejneva, Timur Rodriqes, Dima Bilan, Yuliya Volkova, Dan Balan, İqor Burenko kimi məhşurlar ifa edib. Eləcə də 2012-ci ildə Ukraynanı Eurovisionda  təmsil edən "Be my Guests" mahnısıda ona məxsusdur. Bundan başqa, mahnının hazırlanmasında həmyerlimiz Orxan Bağırov da iştirak edib. 
 

mahninin youtube linki:  http://www.youtube.com/watch?v=oMZx6VDKZpc&feature=youtu.be

# 1250
avatar

Yalçın UĞUR

Oxşar yazılar