Flora Kərimovaya qızından <span style="color:red;">SÜRPRİZ
23 iyul 2014 14:03 (UTC +04:00)

Flora Kərimovaya qızından SÜRPRİZ

Bu gün ad günü olan xalq artisti Flora Kərimovaya qızı Zümrüd Şəfiyeva sürpriz edib. Lent.az-a açıqlama verən F.Kərimova bildirib ki, o, özəl günü Ağdamın işğal gününə düşdüyünə görə ad günü keçirməyəcək: “Bu gün ad günüm olsa da, mən bunu qeyd etməyəcəm. Çünki Ağdamın işğal günüdür. Çox təbriklər almışam. Məni sevənlərdən, yaxınlarımdan. Həmkarlarımdan təbrik almamışam. Ən gözəl təbrikim isə qızım Zümrüddən oldu. Qızım mənə sürpriz edərək, ad günümdə Bakıya gəldi. Çox sağ olsun”.

 

Qeyd edək ki, xalq artisti F.Kərimova 1941-ci il iyulun 23-də Bakıdan anadan olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4102

Oxşar yazılar