Günay İbrahimli: “İstəyirəm uşağım olsun”
28 iyul 2014 16:46 (UTC +04:00)

Günay İbrahimli: “İstəyirəm uşağım olsun”

““Ola bilərdin" mahnısı şəxsi həyatımdandır. O, mənim ola bilərdi, amma olmadı. Yaxşı ki, olmayıb, getdi. Biz neçə ilin dostu idik. Sonradan münasibət sevgiyə çevrildi. Mənim sevgim 4 il davam etdi”. Lent.az-ın axşam.az saytına istinadən məlumatına görə, bu sözləri müğənni Günay İbrahimli “Onlar” verilişində ayrıldığı sevgilisi haqqında deyib.

 

O, bildirib ki, subay olanda sevgililər bir-biri ilə gözəl yola gedir: “Nişanlanandan, evlənəndən sonra ayrılırlar. Hər işdə bir xeyir var. Bu da həyatımdakı gözəl anlardan biri idi, yaşandı və bitdi. Ondan sonra depressiyaya düşdüm, saçımı kəsdirdim. Həmin insan hazırda peşmandır və barışmaq istəyir. Amma mən istəmirəm, hisslərim öldü. Sevirsən, bağlanırsan, bir anda sınırsan. İçimdə bir boşluq var”.

Günay ailə qurmaq istədiyini də deyib: “Həyatımı planla yaşayan insanam. Üç il ərzində ailə qurmaq, uşaq dünyaya gətirmək istəyirəm. Üç övlad arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2689

Oxşar yazılar