Günayın ilk konserti sentyabrda olacaq
01 avqust 2013 17:06 (UTC +04:00)

Günayın ilk konserti sentyabrda olacaq

Müğənni Günay İbrahimli ilk solo konsertini verməyə hazırlaşır. Bununla bağlı təəssüratlarını Lent. az-la bölüşən müğənni bildirib ki, Yaşıl Teatrda gerçəkləşdirəcəyi konsertin təşkilatçısı Nahid Emiloğludur: “Bir neçə müddət idi ki, konsert vermək niyyətində idim. Təşkilatçı Nahidlə belə qərara gəldik ki, sentyabrda olacaq konsertlərin açılışını mən edim. Belə ki, məni sevənlər sentyabrın 1-də konsertimə təşrif buyura bilərlər. Tamaşaçıları maraqlı konsert gözləyir”.

 

 

 

 

Qeyd edək ki,Yaşıl Teatrda N.Emiloğlunun təşkilatçılığı ilə  sentyabrın 2-4-də Elton Hüseynəliyevin, 5-də Fərda Xudaverdiyevin, 6-da “Natiq-ritm” qrupunun, 7-də Mətanət İsgəndərlinin, 8-də sevda Yəhyayevanın, 9- da meyxanaçı Vüqarın, 10-da Rəqsanə İsmayılovanın, 13-də Nadir Qafarzadənin konsertləri gerçəkləşəcək.

 

 

Bütün konsertlərə biletin  qiyməti 11- 33 manatdır. Biletləri avqustun 2-dən etibarən əldə etmək olar.

 

 

 

# 1929
avatar

Yalçın UĞUR

Oxşar yazılar