Hakim körpənin «Məsih» adlanmasını yasaqlayıb
13 avqust 2013 07:51 (UTC +04:00)

Hakim körpənin «Məsih» adlanmasını yasaqlayıb

ABŞ-ın Tenness ştatının məhkəməsi ata-anaya 7 aylıq körpənin Məsih Adı verilməsini qadağan edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda «İndependent» qəzeti xəbər yayıb.

 

Qəzetin məlumatında bildirilib ki,  hakim öz qərarını belə əsaslandırıb: «Məsih yalnız bir nəfər ola bilər. O, İisus Xristos idi».

 

Cütlük ştat məhkəməsinə körpənin soyadı ilə bağlı müraicət edibmiş. Ata ilə ana öz soyadını vermək məsələsində razılığa gələ bilmədiyndən aralarındakı mübahisəni məhkəmədə həll etmək istəyib. Bu zaman uşağın adı hakimin «xoşuna» gəlməyib. Nəticdə ona Martin adı ilə doğum haqqında şəhadənamə verilib.

Körpənin anası hakimin qərarından şoka düşdüyünü bildirib:«Hərə öz istədiyinə inanır. Mən uşaqlarıma başqalarının deyil, özümün xoşuna gəldiyi adı qoymaq istəyirəm».


 

# 1334
avatar

Oxşar yazılar