Barəsindəki şayiələri İlhamə cavablayıb
30 iyun 2013 05:11 (UTC +04:00)

Barəsindəki şayiələri İlhamə cavablayıb

Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət ordenli, İlhamə Quliyeva «ömrünün son günlərini yaşaması» ilə xəbər yayanlara ismarıc göndərib: «Mənim öləcəyimi deyənlərə, yazanlara ismarıcım var. Bildirmək istəyirəm ki, bu ömrü mənə Allah-Təala bəxş edib. Özü məni bu dünyaya bəxş edib, özü də zamanı gələndə dünyadan aparacaq. Mən heç bir şeydən qorxmadığım kimi ölümdən də qorxmuram. Əgər mən bu dünyanı tərk edərəmsə, şərəfli tərk edərəm.

 

Bilirəm ki, ölümümdən sonra da ürəklərdə yaşayacağam və hörmətlə anılacağam. Mənim pis günümü, ölümümü arzulayanlar bilsinlər ki, mənim kimi insanlar dövlətinə, Vətəninə, dövlət başçısına sadiq olur. Ölümümü gözləyən çarəsizlər bilsin ki, xoşbəxt həyatım, xalqıma sədaqətli vətəndaş olmağımla varam, yaşayıram. Bir də ki, ay yazıq, bu bəd xəbəri yayan, hələ bilmək olmaz, kim-kimdən əvvəl bu dünyanı tərk edəcək. Hələ qarşıda Vətənim Azərbaycan üçün görəcəyim böyük, yararlı işlərim var.

 

Ömrümün son günlərini yaşamağımla bağlı xəbəri eşidəndə təəccüblənmədim. Çünki dəfələrlə zəif, həyatda heç bir uğura nail olmayan kəslər qısqanclıqdan haqqımda arzusunda olduqları bu şayiəni yayıblar. Çünki mən varam, yaşayıram və varlığımı həzm edə bilməyənlərə deyirəm: «Heç olmazsa həyatınızı elə yaşayın ki, bu dünyada iziniz qalsın». Mənim izim mədəniyyətimizdə, incəsənətimizdə, ürəklərdə, sizin isə arzunuz ürəyinizdə qalacaq».   

 

# 2152
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

18 may 2024 , 16:58
Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

18 may 2024 , 12:09
Ancelina Coli yeni sevgilisi ilə  GÖRÜNTÜLƏNDİ

Ancelina Coli yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ

18 may 2024 , 10:45
5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

18 may 2024 , 04:21
Beyons elə bir şəkil çəkdir ki...

Beyons elə bir şəkil çəkdir ki...

18 may 2024 , 03:23
Britaniyanın  ilk milyarder musiqiçisi   Pol Makkartni

Britaniyanın ilk milyarder musiqiçisi Pol Makkartni

17 may 2024 , 18:00
Beren Saat müalicəyə başladı

Beren Saat müalicəyə başladı

17 may 2024 , 17:15
Səhnədə gənc müğənninin üst geyimi  açıldı

Səhnədə gənc müğənninin üst geyimi açıldı

16 may 2024 , 20:50