İlhamə Quliyeva yubileyində mükafatlandırılacaq
31 iyul 2013 12:29 (UTC +04:00)

İlhamə Quliyeva yubileyində mükafatlandırılacaq

 

Avqustun 17-si  Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevanın səhnə fəaliyyətinin 50 illik yubileyi və doğum günüdür.

 

Bununla bağlı xalq artistinin mətbuat katibi Faiq Ələkbərli Lent.az-a məktub ünvanlayıb: “Azərbaycanın mədəniyyət aləmində əlamətdar hadisələrdən sayılan bu tarix ölkəmizin ən baxımlı telekanallarında geniş işıqlandırılmaqdadır. İlk olaraq “Azad Azərbaycan” (ATV) telekanalında  “Şən bazar” verilişində start götürən silsilə yubiley tədbirləri digər telekanallarda da davam etdiriləcək. Belə ki, avqustun 17-də “Space” kanalının “Hər səhər” verilişinin 4 saatlıq canlı efir vaxtı bütünlüklə sənətkarın həyat və yaradıcılığına həsr olunacaq. Həmin verilişdə İlhamə xanımı millət vəkilləri, görkəmli sənətkarlar, mədəniyyət xadimləri, ziyalılar təbrik edəcəklər. Yeri gəlmişkən, dünən Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının (AzərKİVİHİ) Rəyasət Heyətinin qərarı ilə İlhamə xanım mədəniyyət və incəsənət sahəsində göstərdiyi xidmətə görə “Ustad sənətkar” ali media mükafatına layiq görülüb. Həmin mükafat sənətkara “Space” kanalının “Hər səhər” verilişinin canlı efirində təqdim olunacaq. Qeyd edək ki, İlhamə xanım adıçəkilən ittifaqın fəxri üzvüdür. “Lider” telekanalında isə böyük sənətkarın ad günü və səhnə fəaliyyətinin yarım əsrlik yubileyi münasibəti ilə xüsusi veriliş hazırlanır. Bu verilişdə İlhamə xanımın Azərbaycanın musiqi mədəniyyətinə bəxş etdiyi zəngin töhfələrdən bəhs ediləcək”.

 

# 1427
avatar

Yalçın UĞUR

Oxşar yazılar